Ən son yeniliklər
Elit Academy Xaricdə Təhsil və Karyera Mərkəzi
Elit Academy təşkilatı qurulduğu gündən gələcəyi planlayaraq, dünyaya gözəl və savadlı, dünyanı yenidən formalaşdıracaq, elmli, bacarıqlı, insanları yetişdirmək, onları bir arada tutmaq və daim bir-biri ilə əlaqədə saxlayaraq münbit şəraitdə onlardan faydalı şəkildə istedadlarına uyğun olaraq yararlanmaq üçün təsis edilmişdir.

Təklif etdiyimiz xidmətlər
Tələbələrimizə qazandırdığımız üstünlüklər
10 illik təcrübə
Peşəkar istiqamətləndirmə
Türkiyənin istənilən nöqtəsində dəstək
Bütün türk dünyasına açılan elm qapısı
Bitirən tələbələrimizə iş imkanı
Uyğun qiymət və təqaüdlər
Böyük çevrə qazanma imkanı
Ödənişin əvvəldən alınmaması (yalnız 50 azn qeydiyyat rüsumu)
Tələbəyə müştəri kimi yox, tələbə kimi yanaşmaq
Ən çox soruşulan suallar
Türkiyədən alınan diplom Azərbaycanda tanınırmı?
Bəli, bu suala cavab olaraq bildiririk ki, Türkiyə Respublikasından alınan istənilən Universitet diplomu Azərbaycanın Təhsil Nazirliyinin Akreditasiya Şöbəsində qeydiyyata alınır və tanınır. (Qiyabi təhsil istisnadır)
Türkiyəyə oxumağa gedərkən əsgərlikdən möhlət hüququ verilirmi?
Bəli, Türkiyə Respublikasına istər Bakalavr, istərsə də Magistr pilləsinə gedən namizədlərin təhsil müddəti qədər Hərbi çağırışdan möhlət hüququ vardır.
Türkiyədə təhsil haqları və yaşayış xərcləri nə qədərdir?
Türkiyədə təhsil və yaşayış xərcləri şəhərlərə görə dəyişdiyindən bu sual fərdi xarakter daşıyır. Ümumi cavab isə belədir ki, illik təhsil haqqları 200-500 manat arası dövlət universitetlərində, özəl universitetlərdə isə 1000-15000 ABŞ dolları arası təşkil edir. Yaşam xərcləri isə aylıq 200-350 azn arası 1 tələbənin bütün ehtiyaclarını ödəyəcək məbləğdir.
Türkiyədə bizi qarşılamaq, yerləşdirmək və mühitlə tanış etmək barədə necə kömək edirsiniz?
Bu Xidmət əlavə xidmət olub ödənişlidir. Şirkət müqavilə öhdəliyi üzrə müraciətçiyə yalnız qəbul məktubunu almaqla mükəlləfdir. Amma Türkiyənin 50-dən çox şəhərində illər üzrə yolladığımız 1000-lərlə tələbəmiz olduğundan ora gedən yeni tələbələrimiz köhnə tələbələrimiz vasitəsi ilə qarşılanır və lazımi məsləhətlər, yönləndirmələr ala bilir.
Türkiyədə oxumaq üçün nə qədər xərcimiz çıxacaq?
Türkiyədə oxumaq üçün gedən tələbənin ilkin olaraq şirkət xərcləri, ardından yol xərcləri, daha sonra isə Türkiyədə yerləşmək xərcləri və ən sonda universitetin illik ödəniş xərcləri olacaqdır. Bu məbləğlər şəhərə və universitetə görə dəyişir. Bütün xərclər ilkin olaraq 1000-1800 manat arası balaca şəhərlər üçün, bütün xərclər 8000-15000 manat arası isə böyük şəhərlər üçün olacaqdır.
