GRE Nədir?

GRE Nədir?

GRE (Graduate Record Examination) Amerika, Avstarliyanın əksər universitetlərində və Avropanın və Türkiyənin bir çox yüksək prestijli universitetlərində magistr, MBA və doktorantura təhsili almaq istəyən tələbələrdən tələb olunan və təqaüdlərin verilməsində diqqət edilən göstəricidir. GRE imtahan nəticəsi dünyanın 160dan çox ölkəsində 1000-dən artıq universitet tərəfindən tanınır. İmtahan yazılı (paper-based) və kopmyuter əsaslı (computer-based) olmaqla 2 cür təşkil olunur. İmtahan sertifikatı 5 il müddətində etibarlıdır. GRE imtahanın 2 növü mövcuddur:

  • GRE Ümumi Testi (General Test)-əksər universitetlər tərəfindən tələb olunan imtahandır.
  • GRE Fənn Testi (Subject Test)- xüsusi ixtisaslar üçün tələb olunur. Məsələn Fizika, Kimya və buna bənzər ixtisaslarda oxumaq üçün universitetlər tərəfindən tələb olunan imtahan növüdür.

İmtahan strukturu necədir?

GRE imtahanı namizədin riyazi və verbal məntiqi düşünmə biliklərini (verbal and quantitative reasoning) və analitik yazı bacarıqlarını (essay) qiymətləndirmək üçün nəzərdə tutulub.

İmtahan 3 hissədən ibarətdir:

1. Kəmiyyət Əsaslı Düşünmə(Quantitative Reasoning)

2 hissədən ibarət olmaqla , namizədə 40 sual verilir. İmtahanın davam etmə müddəti 60 dəqiqədir. Burada namizədin cəbr ,həndəsə, statistikaya dair bilikləri və verilən datanın analizi və müqayisə edilməsi yoxlanılır. Toplaya biləcəyiniz maksimal bal 170dir.

2. Şifahi Düşünmə (Verbal Reasoning)

Bu bölmədə 2 hissədən ibarətdir və hər hissədə 20 sual olmaqla , namizədə bu sualları cavablandırılması üçün 30 dəqiqə vaxt verilir. Bu bölmədə sizin yazılı mətni təhlil etmə və nəticə çıxarma bacarığınız və söz bazanız yoxlanılır. Toplaya biləcəyiniz maksimal bal 170dir.

3. Analitik Yazı(Analytical riting)

Burada namizədin doğru və axıcı essay(inşa) yazmaq qabiliyyəti yoxlanılır. 2 hissədən ibarət olmaqla, birinci hissədə sizin verilən hər hansı bir problemi həll etməyiniz və problemlə razı olub-olmadığınız soruşulur. İkinci hissədə isə sizə mətn verilir və həmin mətndə məntiqi boşluqları doldurmağınız tapşırılır. Hər hissə üçün sizə 30 dəqiqə vaxt verilir vətapşırıqlar 0-6 bal arasında qiymətləndirilir.

4. Əlavə Hissə

Əsas hissələri tamamladıqdan sonra namizədin qarşısına əlavə 1hissədə çıxır ki, burada namizəddən verilən bütün sualları ətraflı cavablandırılması tələb olunur.

İmtahanın qiyməti nə qədərdir?

GRE imtahanın qiyməti 350 manatdır. Bir ayda 3-4 dəfə təşkil olunur. İmtahanda toplaya biləcəyiniz maksimum bal 340-dır. Nəticələr 2 həftəyə çıxır və sayta yerləşdirilir. Həmçinin Türkiyənin bir çox universitetləri tərəfindən tələb olunur. 

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)