Elit Academy rəhbəri Rüstəm Kərimzadə haqqında

Təşkilatın Rəhbəri Rüstəm Kərimzadə 1991-ci ildə Azərbaycanın Kürdəmir rayonunda anadan olub, 6-cı sinifə qədər rayonda təhsil aldıqdan sonra 2003-cü ildə Şirvan Şəhərindəki Türk liseyinə qəbul olub, məktəb zamanı Kimya olimpiadaçısı olmuşdur, ardından 2008-ci ildə Azərbaycan Tibb universitetinə ödənişsiz əsaslarla Stomotologiya fakültəsinə daxil olmuş və 5 il sonra, yəni 2013-cü ildə isə məzun olmuşdur. Təhsil aldığı illər ərzində daim yüksək qiymətlərlə oxumuş və hər başladığı işi uğurla başa çatdırmışdır. Ardından Təhsil Sahəsində "The Times Azərbaycan", "Elit Academy" kimi şirkətləri təsis etmişdir. Daha sonradan Galatasaray klubunun Türkiyədən kənarda ilk Rəsmi mağazasını açmış və həmin klubun ilk olaraq Azərbaycanda azyaşlılar üçün olan futbol məktəbini fəaliyyətə başlatmışdır. O daha sonralar Təhsil və Sosial sahələr üzrə əlaqələri genişləndirmiş, İraq (Kərkük), Özbəkistan, Qazaxıstan və Qırğızıstanda da fəaliyyətini davam etdirmişdir. Həmçinin Azərbaycanda Azərbaycan Dil Məktəbi proektini də həyata keçirmişdir. Geniş əlaqələr quraraq Xaricdəki Azərbaycanlılarla da daimi əməkdaşlıq etmişdir.

Elit Academy Xaricdə Təhsil və Karyera Mərkəzi

Elit Academy 2013-cü ildə Dünyanın bölgəsəl olaraq əlverişli mühitində olan Şərq və Qərbin, Şimal və Cənubun arasında olan qədim yaşayış məskəni olan Azərbaycanda qurulmuşdur. Təşkilat qurulduğu gündən öz məqsəd və hədəfləri üçün daim yenilənərək bütün enerjisi ilə çətin yoluna davam etməkdədir. Təşkilat bu illər ərzində 5000-dən çox insanın həyatına toxunmuş və bu insanlara həkimlik, mühəndislik, maliyə, turizim, idarəetmə və bu kimi digər bütün ictimai-siyasi və sosial sahələrdə yer açmışdır. Təşkilatın ana hədəfi Türk ölkələrindəki gəncləri elmləndirmək, bir araya toplamaq və gələcəyə dönük bu yetişən insanlarla gələcəyi şəkilləndirməkdir. Təşkilat bu yöndəki fəaliyyətinə istinadən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İraq (Kərkük), Gürcüstan (Marnuel) və Azərbaycanın cənubunda mərkəzlər açmış və əməkdaşlıqlar etmişdir. Sizdə qurulan bu parlaq gələcəkdə özünüzü bizimlə görmək istəyirsinizsə, təşkilatımıza müraciət edə bilərsiniz.

Məhəmməd Peyğəmbərin (S.A.v.S) elm haqqında ibrətamiz fikirləri

Ya öyrənən, ya öyrədən, ya dinləyən, ya da elmi sevən olun. Amma əsla beşinci olmayın (bunlardan kənar qalan), həlak olarsınız.
Elm müsəlmanın itkin malıdır. Harada gördünüz, götürün.
Elm axtarışında olan kəslərə Allah cənnət qapısını asanlaşdırar.
Beşikdən məzara qədər elm öyrənin.
Elm öyrənmək həm qadın, həm də kişilər üçün məcburidir.