İmtahan stressi

 

“İmtahanda nə qədər bal toplayacam? "Pis nəticə göstərsəm hər kəs məndən üz döndərəcək? Valideynlərimin üzünə necə baxacağam?” sualları, gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda həyəcanlanmasına və stress yaşamasına səbəb olur. Bunun nəticəsində imtahan zamanı abituriyentlərdə əllərdə titrəmələr, tərləmə, taxikardiya, özünə nəzarəti itirmə, diqqəti toplaya bilməmə, döş qəfəsində və ya digər sıxılmalar, baş gicəllənməsi, qusma kimi əlamətlər müşahidə olunur.Bundan əlavə, imtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur.

Bəs imtahan stressini necə azalda bilərik?

Həyəcanlı olub-olmamağınızdan asılı olmayaraq, imtahan haqqında emosional danışan, sizi daha çox hayəcanlandıran insanlarla ünsiyyət yaratmaqdan qaçın. Bütün neqativlərdən uzaq durmağa çalışın. Çalışın, bu dövrdə sizə pozitiv enerji verən insanlarla ünsiyyət qurasınız, istirahət edəsiniz, özünüzə neqativ fikirləşməyə (xəstəlik, imtahandan kəsilmək və s.) icazə verməyin, müsbət şeylər barədə fikirləşin.

İdmanla mütəmadi məşğul olmağa, düzgün qidalanmağa, lazımi qədər su içməyə, günəşli havada gəzməyə, təbiət ilə iç-içə olmağa, düzgün yatmağa, dincəlməyə, meditasiya etməyə çalışın. Bütün bu davranışlar enerjinizin yüksəlməsinə səbəb olacaq və sizin imtahanda maksimum səmərəli olmanıza kömək edəcək. Həmçinin telefon və digər elektron avadanlıqlardan mümkün qədər uzaq durun, çünki onlar özünüz hiss etməsəniz də beyninizi yorur.

Həyəcan hissi çox olduğu halda, imtahanı xüsusi üsulla xəyalən tam canlandırmağınız emosional gərginliyi azaltmağa imkan

verəcək. Üsul isə bundan ibarətdir - xəyalən imtahanla bağlı olan har bir detali canlandırırsınız, bütün xırdalıqları ilə yaşayırsınız. Çox asan və işlək üsuldur. Məsələn, imtahana hansı paltarınızı geyinəcəyinizdən, 1 gün əvvəlcədən hansı sənədləri hara qoyacağınızdan, imtahanda mənfi bir hal olsa necə davranacağınıza qədər hər bir xırdalığı təsəvvür edirsiniz. Bu prosesi imtahana 1 həftə, 2 gün və 1 gün qalmış bir neçə dəfə təkrarlamanız məsləhətdir. Çalışın ki, bütün mümkün mənfi nəticələr baş verdiyi hallarda necə davranacağınızı təsəvvür edib, mümkün hall yollarını əvvəlcədən özünüz üçün müəyyənləşdirəsiniz. Təcrübədə sınaqdan çıxmış bu metod sizin imtahan zamanı daha rahat və sakit davranmanızı təmin edəcək.

Imtahana bir gün qalmış nə etməlisiniz?

 

- Öyrənilməmiş materialı kənara qoyub oxumamaq, istirahət etmək məsləhətdir. Çünki sizin beyniniz istirahat etməlidir ki, imtahanda bütün gücü ilə işləyə bilsin.

- Əvvəlcədən imtahan verəcəyiniz binanın yerini dəqiqləşdirin, hansı nəqliyyat vasitəsi ila ora gedə biləcəyinizi müəyyənləşdirin.

- Yaxşı olar ki, əvvəlcədən imtahan binasının dəqiq ünvanını müəyyən edib gedib baxasınız. Imtahan üçün zəruri sənədləri yoxlayıb bir yerə yığmaq lazımdır ki, imtahan günü onların axtarılmasına və yoxlanılmasına vaxt getməsin. Həmçinin, bu sənədləri bağlaya biləcəyiniz bir qovluğun içinə qoymanız məsləhətdir ki, yolda itirməyəsiniz. İmtahanda sizə lazım olacaq digər vasitələri də (qələm, saat, eynək və s.) sənədlərinizin yanına qoyun.

- İmtahana nə geyinəcəyiniz barədə fikirləşin va bu geyimi hazırlayib səliqəli bir yerə qoyun rahat, təzə olmayan, sizə yaxşı əhval-ruhiyyə bağışlayan, sevdiyiniz geyimi geyinməniz daha yaxşı olardı.

- Vaxtında yatıb, vaxtında durmaq çox vacibdir. İmtahan qabağı yuxusuz qalıb takrar etmək heç də yaxşı fikir deyil.

 

Hansı qidaların beyninizə yaxşı təsir edir və bir imtahanda uğurlu olmağınıza kömək edə bilər?

 

Yaşıl çay - Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir.

Eyni zamanda, yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır. İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.

 

Yumurta - Yaddaşı inkişaf etdirir

Beynin daha asan xatırlamasını dəstəkləyir. Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb.

 

Qozfındıqbadam - Omega - 3 yağlı turşular - Beyin funksiyalarında yaxşılaşma

Omega-3 yağlı turşular DHA, beyində olan başlıca çoxlu doymamış yağ turşusudur. Tərkibində Omega-3 olan qidalarla zəngin bəslənmək beyin funksiyalarını və ruh halını inkişaf etdirə bilir.

 

Qara şokalad - Fokuslanma və konsentrasiya

Tərkibindəki flavonoiddən gələn güclü antioksidantların xüsusiyyəti ilə bağlı olaraq qara şokalad yüksək təzyiq və xolesterin dərəcəsini aşağı salır. Qara şokaladın ən faydalı yönlərindən biri də tərkibindəki xəbərdaredici maddə olan kafeindir. Niyə? Çünki enerjinizi fokuslamağı təmin edir.

 

*Lakin həddən artıq kafein qəbulu sizi yerinizdə dayana bilməyəcəyiniz bir həddə gətirə bilər və bu da imtahan müddətində rahat oturmağınızı çətinləşdirə bilər. Buna görə də qara şokaladı qəhvə ya da çay ilə qarışdararaq yox, tək qəbul edin.

 İmtahanda sizlərə uğurlar arzu edirik!