Mevlana mübadilə programı nədir?

MEVLANA

Mevlana Mübadilə proqramı Türkiyə universitetləri ilə Azərbaycan Universitetləri arasında iki tərəfli imzalanan tələbə və müəllim heyəti arasında mübadilə aparmağı mümkün edən bir proqramdır. 23 avqust 2011-ci ildə yaradılmış proqram Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və müəllim mübadiləsi üçün yol açmışdır. Digər mübadilə proqramlarından fərqli olaraq mübadilə proqramı çərçivəsində hərəkətlilik hər hansı bir coğrafi bölgədən asılı olmayaraq dünyanın hər yerində yerləşən ali təhsil müəssisələrini əhatə edir. Eynilə dünyanın hər yerindən tələbələr və müəllimlər Türkiyənin ali təhsil müəssisələrinə ödənişsiz təhsil almağa gələ bilərlər.

Mevlana proqramında kimlər iştirak edə bilərlər?

Mevlana Mübadilə Proqramı Protokolunu imzalayan bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrin bu proqramda iştirak etmək hüququ vardır. Ayrıca həmin protokolu imzalayan ali təhsil müəssisələrində çalışan bütün akademik heyətdə Mevlana Mübadilə Proqramına qatıla bilərlər. Proqramın tələbəsi olmaq üçün şərtlər bir neçə başlıq altında qruplaşdırıla bilər:

  1. Tələbə ali təhsil müəssisələrinin I, II və III kurs tələbəsi olmalıdır.
  2. Tələbənin universitet ortalama qiyməti (GPA) minumum 75 olmalıdır. Magistrlar üçün isə bu qiymət 80 olmalıdır.
  3. Tələbənin ingilis dil bilikləri minimum B2 səviyyəsində olmalıdır.

Mevlana Mübadilə Proqramında bütün xərclər YÖK təqaüdü tərəfindən ödənilir və təqaüdün məbləği isə 1000 tl təşkil edir.

 

Mövlana mübadilə proqramından neçə dəfə və nə qədər müddət faydalana bilərik?


Tələbələr  Mövlanə Mübadilə Proqramından ən az bir, ən çox isə iki semestr faydalana bilərlər. Semestr hesablanması təhsil sistemindən asılı olaraq dəyişə bilsə də, ümumi dəyişiklik müddəti bir tədris ilindən çox ola bilməz.

Müəllimlərin Mövlana Mübadilə Proqramının hərəkətlilik müddəti bir tədris ilində bir dəfə olmaqla ən azı bir həftə, ən çoxu üç ay ola bilər.

Mövlana mübadilə proqramından yararlanmaq istəyən tələbə təhsil haqqını oxuduğu müəssisəyə ödəyir?

Tələbələr yalnız Mövlana Mübadilə Proqramının tələbələri olduqları müddətdə qeydiyyatdan keçdikləri rəsmi ali təhsil müəssisələrinə ödəməli olduqları təhsil haqlarını ödəməyə davam edirlər. Onlar mübadilə proqramı çərçivəsində oxuyacaqları ali təhsil müəssisəsinə əlavə təhsil haqqı ödəmirlər.

Proqramda iştirak edən tələbə bir semestr itirəcəkmi?


Mövlanə Mübadilə Proqramına qatılan və ölkə hüdudlarından kənarda təhsil alan tələbə ölkəsinə qayıtdıqda heç bir semestr itirmir, çünki xaricdəki ali təhsil müəsisəsində tədris olunan dərslərin hansı dərslərlə üst-üstə düşəcəyi Təhsil Pratokolunda aydın şəkildə bildirilir.

Proqrama qəbul üçün tələb olunan sənədlər hansılardır?

Mevlana Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr təhsil aldıqları ali təhsil müəssisələrinin müvafiq departementinə yaxınlaşmaqla aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
  • Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
  • Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd
  • CV (ingilis və ya türk dilində)
  • Xarici passportun sürəti
  • Tələbə bileti (əsli)
  • 2 ədəd 3×4 fotoşəkil

Qeyd etmək lazımdir ki, tələbələr müraciət əsasında 3 universiteti qeyd etməlidirlər. Proqramla bağlı daha ətralı məlumat almaq istəyirsinizsə “Mevlana Değişim Programı” saytına daxil ola bilərsiniz.

Mübadilə Proqramının Əməkdaşlıq Etdiyi Yerli Universitetlər Hansılardır?

  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Universiteti
  • Azərbaycan Dillər Universiteti
  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Təhsil həyatınızda sizə uğurlar arzu edirik!

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)