MYÖS imtahanı ləğv edildi!

Ümumi Ali Təhsil Qurumunun xaricdən tələbə qəbulu ilə bağlı qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qərarında  dəyişiklik edilmişdir.

Yeni qərara əsasən:

1. Mərkəzi xaricdən tələbə qəbul imtahanının (MYÖS) təşkil edilməsinə dair qərar ləğv edilmişdir. Əvəzinə, Türkiyə Xaricdən Tələbə Qəbul İmtahanının (TR-YÖS) təşkil edilməsi qərarı verilmişdir.
 ÖSYM tərəfindən təşkil edilən TR-YÖS imtahanının ilki 2023-cü il yanvar ayında kecirilməsi planlaşdırılır. TR-YÖS nəticələrinin xaricdən tələbə qəbulunda istifadə edilməsi Ümumi Ali Təhsil Qurumu tərəfindən Ali təhsil müəssisələrinə tövsiyyə edilmişdir.

Bu imtahan türk, alman ,ərəb, fransız, ingilis və rus dillərində təşkil olunacaq.

2. Türkiyədə orta təhsil müəssisələrinə 2022-2023-cü tədris ilindən etibarən qeydiyyatdan keçecek T.C vətəndaşlığından çıxanlar, Mavi kartlılar, KKTC vətəndaşları və xarici vətəndaşlar Ali təhsil müəssisələrinə  Ali təhsil müəssisələrinin təşkil etdiyi imtahan(YKS) ilə qəbul ediləcəklər.

 

Əlaqə nömrələri:
- (070) 557 05 77
- (055) 940 40 96
- (012) 596 33 03

https://www.instagram.com/elitacademy/

https://www.facebook.com/elitacademytehsil

Ünvan: Cəfər Cabbarlı 20, (Nizami Metrosu yaxınlığı, Anadolu liseyinin yanı)