TOEFL Nədir?

TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür.  Mənbələrdə qeyd edilir ki, hər il  təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir.

Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə  PBT (Paper based TOEFL) adlanır.

TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı).

Reading hissəsində mətnlər verilir  və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.

TOEFL imtahan qiyməti:

Rəsmi Test mərkəzi ETS'dir (Educational Testing Service). Azərbaycanda DİM, Xarici Dillər və s. kimi test mərkəzlərində vermək mümkündür. ETS'in rəsmi saytından qeydiyyatdan keçirsiniz. Toefl imtahan qiymeti: 195$'dır.

Kimlər bu imtahanı verə bilər?

Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. Belə ki, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilindən intermediate səviyyədə bilmək  lazımdır. Lakin ümumilikdə bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur.

"IELTS'lə TOEFL'ın fərqi nədir ? "

 TOEFL da IELTS kimi akademik səviyyədə oxumaq, dinləmək, danışmaq və yazmaq bacarıqlarını ölçən beynəlxalq ingilis dili sertifikat imtahanıdır.  Bu imtahanın iki növü var TOEFL PBT və TOEFL IBT.

1. TOEFL PBT (Paper-based) kağız üzərində verilən növüdür,

2. TOEFL IBT (Internet-based test) isə kompüter vasitəsilə verilir və ən populyar növüdür yəni TOEFL PBT demək olar ki işlək deyil.

İmtahan prosesi:

- IELTS'dən fərqinə gəldikdə, ən əsas fərqləri odur ki, TOEFL  Speaking hissəsində səsin yazılır, yəni kiminləsə yox mikrofona danışırsan. 15 saniyə düşünməyə, 45 saniyə isə danışmağa vaxt verilir.

- Speaking və Writing bölmələrində Integrated hissəsi var. Kiçik mətn verilir, onu oxuyandan sonra ona uyğun bir dinləmə olur sonra isə özət keçib danışmaq/yazmaq lazımdır.

- İmtahan zamanı sizə 3 ədəd A4 kağız verilir və listening hissələrində note götürməyə icazə var. Sualları qeydlərinizdən istifadə edərək cavablandırırsınız.

- Kağız bitdikdə 1 işlənmiş kağızı verib 1 ağ kağız götürə bilərsiniz. 2 kağız almaq istəyirsinizsə 2 kağız verməlisiniz. Yəni qarşınızda maksimum 3 kağız ola bilər.

TOFEL imtahanı kənardan çətin görunsə də öyrənmə müddətində tələbələr üçün çox maraqlı olur. TOFEL imtahanına hazırlaşan zaman siz təkcə dil biliyinizi inkişaf etdirmir, həm də zamanı düzgün şəkildə idarə edə bilmək, düzgün qeydlər götürmək, doğru analiz etmək bacarıqlarına yiyələnirsiniz. 

 

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)