Türkiyə Bursları nədir?

Türkiyə burslarına müraciət edərək Türkiyədə burslu şəkildə təhsil ala bilərsiniz. Bəs nədir Türkiyə bursları? Necə müraciət etmək olar? Burslar hansı ödənişlərdən azad edir sizi? Bütün bu suallarınıza məhz bu məqaləmizdə cavab tapacaqsınız!

 

Burslu Oxumaq Nə Deməkdir?

Tələbələrin təhsil haqqı ödənişlərinin dövlət tərəfindən və ya qəbul olunduğu özəl universitet tərəfindən qarşılanmasıdır. Türkiyə xarici tələbələr üçün burs programları təşkil edir. Azərbaycanlı tələbələrin yaranlandığı burs programından biridə Türk Dili Konuşan Ülkeler Burs Programıdır.Program əsasən Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. ölkələrin tələbələri üçün təkil olunmuşdur. Təqaüd programı bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edir. Təqaüd programında iştirak etmək üçün namizədlərdən tələb olunan bəzi kriteriyalar vardır:

  1. Bakalavr təhsili üçün 21 yaşın altında olmaq
  2. Magistr təhsili üçün 30 yaşın altında olmaq
  3. Doktorantura təhsili üçün isə 35 yaş altında olmaq
  4. Minimum akademik nailiyyət (hər hansı bir təhsil müəssisəsində qiymət ortalaması)

Bakalavr namizədləri üçün ortalama 70%

Magistr namizədləri və Doktorantura namizədləri üçün 75%

Tibb elmləri(Tibb, Stomatologiya və Əczaçılıq) üçün isə akademik ortalama 90% olmalıdır.

Programa Necə Müraciət Etmək Olar?

Müraciət əsasən internet üzərindən edilir və bu sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsi və ya xarici pasport
  2. Yaxın zamanada çəkilmiş fotoşəkil
  3. DİM imtahan nəticəsi(varsa)
  4. Diplom və müvəqqəti məzuniyyət sənədi
  5. Akademik transkriptlər
  6. Niyyət və akademik tövsiyə məktubu
  7. Beynəlxalq İmtahan Nəticələri (GRE, GMAT ,YDS, YÖS və s.)seçilmışproqram tərəfindən tələb olunarsa.
  8. Dil testi nəticləri (seçilmiş proqram tələb edərsə)
  9. Araşdırma mövzusu təklifi və gördüyünüz işin yazılı bir nümunəsi (yalnız doktorantura müraciətləri üçün)

Türkiyə universitetlərində tədrisin türk dilində olmasına baxmayaraq, bəzi kafedralar və universitetlər ingilis və digər dillərdə də tədrisi həyata keçirə bilirlər. Buna görədə bu proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilik sertifikatı olmalıdır. SAT, TOEFL, GRE, GMAT və s. imtahan sertifikatları tələb olunur. Proqramda iştirak https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsi üzərindən aparılır.

Sizi maraqlandıra biləcək bəzi suallara cavab:

1. Proqrama qəbul olunmuş tələbə hansı ödənişlərdən azaddır?

Təhsil haqqları, sığorta, yataqxana və yol xərcləri ödənilir.

2. Tələbə aylıq nə qədər təqaüd alır?

Bakalavr səyyəsində təhsil alanlara aylıq 800 tl , magistr üzrə 1100 tl , doktorantura üzrə təhsil alan tələbələr isə 1600 tl təqaüd alacaqdır.

3. Hansı ixtisaslar üzrə təhsil ala bilərəm?

Bu sizin təhsil almaq istədiyiniz pillə və burs proqramından asılı olaraq dəyişir. Bunun üçün https://turkiyeburslari.gov.tr/tr internet səhifəsi üzərindən araşdırma edə bilərsiniz.