Türkiyədə necə magistratura təhsili ala bilərəm?

Türkiyədə magistr təhsili Tezli və Tezsiz olmaqla 2 programa ayrılır. Əgər siz akademik karyera istəyirsinizsə, elmi fəaliyyətlə məşğul olacaqsınızsa (doktorantura) Tezli Yüksek Lisans adlanan programa müraciət etməlisiniz. Yox əgər siz iş həyatında yüksəlmək, karyera hədəfli magistr təhsili almaq istəyirsinizsə Tezsiz Yüksek Lisans Programına müraciət etməlisiniz. Yekun sözlə desək, Tezli və Tezsizin əsas fərqi təkcə akademik karyeradır.

Tezli və Tezsiz programlarının digər fərqi isə, Tezlidə təhsil müddəti 2 il, Tezsizdə isə təhsil müddəti 1 il olur. Eyni zamanda Tezli təhsil programında 1 il oxuduğunuz müddətdə tutaq ki, təhsil haqqı 1500 olur, Tezsizdə isə 3000 manat olur. Tezli magistraturada ortalama olaraq il ərzində ala biləcəyiniz dərs sayı 12-13 olur, Tezsizdə isə daha az dərs alırsınız, təqribən 8-9 dərs sayı olur.

Seçdiyiniz universitetdən asılı olaraq, əsas sizdən tələb olunan bakalavr pilləsində oxuduğunuz zaman ortalama balınız (GPA) ən az 80 olmalıdır. Əgər ingilis dilində təhsil almaq istəyirsinizsə universitetin tələblərinə uyğun olaraq sizdən ingilis dili imtahanı olan TOEFL və ya YDS (Yabancı Dil Sınavı) istənilə bilər. Tezli magistraturanı seçdiyiniz zaman isə prestijli universitetlər sizdən əsasən ALES (Akademik Personel ve Lisansüstü Eğitim Girişim Sınavı) imtahanı istəyir.

İstanbul Teknik universiteti, İstanbul universiteti , Ankara universiteti kimi prestijli universitetlerə isə Tezsiz magistaturaya heç bir imtahan növü tələb olunmadan da qəbul ola bilərsiniz. Bu programa qəbul olmaq daha rahatdır. Tək ortalama balı ilə siz bir çox universitetlərdə magistr təhsili ala bilərsiniz.

Qəbul üçün Hansı Sənədlər Tələb Olunur?

  • Beynəlxalq Tələbə Qəbulu Forması
  • Attestat və onun tərcüməsi (türk və ya ingilis)
  • Təsdiq edilmiş transcript və onun tərcüməsi (ingilis və ya türk)
  • Dil biliyini təsdiq edən sənəd (tələbələrin universitetin dil biliyini qarşılaması vacibdir. Bu kriteriyaya cavab verə bilməyən namizədlərdən universitetin öz imtahanını verməsi tələb olunur. Bu imtahandan keçə bilməyən tələbələr universitetin ingili dili hazırlıq proqramında iştirak edə bilərlər)
  • Beynəlxalq keçərliliyi olan Universitet Qəbulu İmtahan Nəticəsi hansı itahanların keçərli olduğunu öyrənmək üçün universitetin saytındn tanış ola bilərsiniz.
  • Maliyyə Zəmanət məktubu
  • Qeydiyyat haqqı

Tələb olunan bütün sənədlər Akademik Təqvim planı elan olunandan əvvəl qəbul olmaq istədiyiniz universitetlərə təqdim olunmalıdır.

Sizi maraqlandıra biləcək bəzi suallara cavab:

1.Təhsil Haqqı Nə Qədərdir?

Dövlət universitetlərində təhsil haqqı 500 AZN-dən, özəl universitetlərdə isə 2000Azndən başlayır. 

2.Türkiyədə yataqxana və evlərin qiyməti nə qədərdir?

Dövət universitetlərində demək olar ki, azərbaycanlı tələbələrə yer verilmir. Buna görədə şirkətimiz bütün tələbələrinə özəl yataqxanalar və ya evlər tutur. Yataqxanaların və ya evlərin qiyməti orta hesabla 335-604 tl yəni 100-180 manat arasında dəyişir. Bu qiymət sizin seçdiyiniz yataqxananın və ya evin şəratindən, universitetə yaxınlığından və qalacağınız şəhərdən asılı olaraq dəyişir.

3.Türkiyəyə getmək üçün nə qədər yol pulu lazımdır?

Avtobusla gediş haqqı üçün biletlərin qiyməti 60-70 dollar yəni 100-120 manat arasında dəyişir.

 

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz!

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)