Türkiyədə Rezidentura Təhsili

Türkiyədə rezidentura təhsili almaq üçün məşhur TUS imtahanındam keçmək lazımdır. TUS  (Tıpta Uzmanlık Sınavı) - Türkiyə Cümhuriyyəti ÖSYM tərəfindən təsis edilmiş, tibb universitetini bitirən həkimlərin universitet və elmi-tədqiqat xəstəxanalarında ixtisas artırması və ya ixtisas dəyişməsi üçün həyata keçirilən imtahandır. İmtahan nəzəri və praktiki fənn suallarından ibarət olub iki mərhələdə keçirilir. Eyni zamanda bu imtahana girən həkimlərdən xarici dil səviyyəsini göstərən sertifikatlarının olması da tələb olunur. Bu imtahanı uğurla keçən həkimlər tibbi təhsilin ''uzmanlık eğitimi'' (ustad dərəcəsi) mərhələsinə başlayaraq seçdiyi ixtisasa müvafiq olaraq 4 və ya 5 illik təhsil aldıqdan sonra ''Uzman Doktor'' adını almış olurlar. Bu da həmin həkimə əldə etdiyi elmi səviyyəyə görə uyğun ixtisas üzrə hər hansı bir klinikada xəstələrin müstəqil müalicəsi hüququ qazandırmış olur.

Nə qədər çətin və əziyyətli görünsə də TUS Türkiyədə elmi və praktiki səviyyəsini artırmaq istəyən, real hədəfi olan həkimlərin qarşısında duran bir imtahandır. Bu yol planlı bir şəkildə hazırlaşan həkimlər üçün imkansız və əlçatmaz deyil. Müəyyən prinsiplərə əməl etməklə, düzgün şəkildə və doğru elmi qaynaqlardan hazırlaşmaqla bu maneəni rahat bir şəkildə dəf edə bilərsiniz.

TUS aprel və sentyabr aylarında olmaqla ildə iki dəfə keçirilir. İmtahanda 120 sual nəzəri, 120 sual isə kilinki fənlərdən olur.  Daha dəqiq desək, imtahana salınacaq suallar bu fənləri əhatə edir:

Nəzəri tibbi fənlər: (Cəmi 120 sual)

İnsan Anatomiyası (14 sual)

Histologiya və embriologiya (8 sual)

Fiziologiya (14 sual)

Tibbi biokimya (22 sual)

Tibbi mikrobiologiya (22 sual)

Tibbi patofiziologiya (22 sual)

Tibbi farmakologiya (22 sual)

 Kilinki fənlər (Cəmi 120 sual)

Daxili xəstəliklər (42 sual)

Uşaq xəstəlikləri (30 sual)

Cərrahi xəstəlikləri (36 sual)

Mama və ginekologiya (12 sual)

Bütün suallar dünyaca özünü təsdiq etmiş müəlliflərin kitablarından hazırlanır (Nelson Textbook of Pediatrics, Guyton and Hall Textbook of Medical Physiology, Robbins and Cotran's Pathologıc Basis of Deseases və s.kitablar ). 

Digər bir imtahan isə Xarici dil imtahanıdır. Əgər həkimlərin xarici dil səviyyəsini göstərəcək başqa sertifikatları varsa,(məsələn TOEFL, İELTS, DAT və s.) xarici dil imtahanına girməyə ehtiyac qalmır. Yoxdursa hər il ÖSYM-nin həyata keçirdiyi YDS-yə (Yabancı Dil Sınavı) müraciət etmək lazım olur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)

Təhsil həyatınızda sizə uğurlar arzu edirik!