TÜRKİYƏDƏ TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ:

  • Qardaş ölkə, coğrafi cəhətdən yaxınlıq, milli-mədəni bənzərlik, eyni dil ailəsinə mənsubluq və insanların azərbaycanlılara qarşi sevgi və hörməti sizi evinizdə hiss etdirəcək.
  • Təhsil sistemi son illərdə sürətlə inkişaf etməkdədir və 2013-cü ildə dünyanın 100 ən yaxşı universiteti arasında Türkiyənin  Orta Doğu Teknik universiteti ilk TOP 50-də yer almışdır.
  • Dövlət universitetlərində illik təhsil haqqı bizim və  digər Avropa ölkələrinə nisbətdə daha aşağıdır.
  • Erasmus+  Farabi tələbə dəyişmə programı
  • Təqaüd qazanma imkanı
  • Yeni dostluqar və mədəniyyətlə tanışlıq
  • Tələbə təşkilatları sayəsində iş adamları və CEO-larla tanışlıq
  • Gələcək iş həyatınız üçün önəmli setifikat və diplomlar
  • Mavi diplom (Mavi diplom sizin qlobal miqyasda təhsil aldığınızın təsdiqidir.  Əgər siz universitetdən Mavi diplom almısınızsa, Avropa Birliyinə üzv olan bütün ölkələrin universitetlərində tələbə olaraq təhsilinizi davam etdirə bilərsiniz)

 

TÜRKİYƏDƏ NECƏ TƏHSİL ALMAQ OLAR?

  1. DİM
  2. YÖS ALES
  3. SAT
  4. Attestatla (imtahansız təhsil)
  5. Türkiyə Bursları vasitəsilə təhsil ala bilərsiniz.

      Daha ətraflı məlumat üçün məqaləni oxumağa davam edin.

1.DİM

Türkiyə universitetlərində təhsil almaq üçün qəbul balınız 400-500 arası olmalıdır.Daha reytinqli universetlər istə 600 dən yuxarı bal istəyir.

 

2. YÖS (Yabancı Öğrenci Sınavı)

YÖS imtahanı Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün universitetə qəbul imtahanıdır. Bu imtahanla siz Türkiyənin 150-dən çox universitetində bakalavr təhsili ala bilərsiniz.

 

YÖS imtahanı 2 hissədən ibarət olur:

  • Məntiq və Riyaziyyat
  • Türk dili

Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə verilən zaman 90 dəqiqədir. Təhsil dili türk dili olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahana 60 dəqiqə vaxt ayrılır. İmtahan 100 bal ilə dəyərləndirilir və sizin imtahan nəticəniz min.51 bal olmalıdır. Tibb və Hüquq üçün isə 80-dən yuxarı olmalıdır.

 

ALES

Əgər Türkiyədə magistr təhsili almaq, doktorantura səviyyəsinə qəbul olmaq və akademik fəaliyyətlə məşğul olmaq (universitetdə müəllim, tədqiqat köməkçisi olmaq və s.) istəyirsinizsə sizdən ALES imtahan nəticəsi tələb olunur. İldə əsasən 3 dəfə ÖSYM tərəfindən təşkil olunur və siz istədiyiniz qədər imtahanda iştirak edə bilirsiniz. İmtahanların nə vaxt keçirələcəyi barədə akademik təqvim planı ilə sayt vasitəsilə tanış ola bilərsiniz. Bu imtahanda toplaya biləcəyiniz maksimum bal 100dür. İmtahan nəticəsinin etibarlılıq müddəti 5 il davam edir.

Imtahan strukturu haqqında məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://elitacademy.az/ales-imtahani-nedir/

 

3. SAT ( Scholastic Aptitude Test)

Türkiyənin prestijli universitetlərində təhsil almağın bir yolu da SAT imtahanıdır.

SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür: SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

SAT imtahan strukturu haqqında məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://elitacademy.az/sat-imtahani-nedir/

 

4.Attestatla

Attestatla təhsil almaq üçün sizə Elit academy kömək edəcək!

Türkiyə universitetlərində attestatla təhsil zamanı sizin 9-10-11-ci sinif illik qiymət ortalamanız nəzərə alınır və həmin qiymət ortalaması keçid balı rolunu oynayır.

✓ Türkiyə dövlət universitetlərinə qəbul üçün lazımi sənədlər?

  • Xarici pasport: Əgər xarici pasportu almamısınızsa, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşa bilərsiniz.
  • Attestat: Bəzi məktəblərdə attestat gec verilir. Əgər sizində attestat hələ verilməyibsə və ya 11-ci sinfi hələ bitirməmisinizsə, attestat əvəzinə məktəbdən arayış alıb müraciət edə bilərsiniz.
  • Transcript
  • Fotoşəkil 8 ədəd 4,5×6 ölçüdə
  • Fotoşəkil 8 ədəd 3×4 ölçüdə

Əgər 18 yaşınız tamam olmayıbsa, ölkədən çıxış üçün valideynlərin razılıq ərizəsini notariusdan almalısınız.

( Hər hansısa bir şəxs oxuyacağınız müddət ərzində bütün təhsil xərclərinizi qarşılayacağına dair notariusda ərizə verməlidir. Bu ata, ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd bəzi hallarda ola bilsin lazım olur ama hələlik almasanız yaxşıdır lazım olsa mütəxəssislərimiz sizə deyəcək.)

 

5. Türkiyə Bursları

Türkiyə burslarına müraciət edərək Türkiyədə burslu şəkildə təhsil ala bilərsiniz. Bəs nədir Türkiyə bursları? Necə müraciət etmək olar? Burslar hansı ödənişlərdən azad edir sizi? Bütün bu suallarınıza məhz bu məqaləmizdə cavab tapacaqsınız!

https://elitacademy.az/turkiye-burslari-nedir/

 

 

 

TÜRKİYƏDƏ MAGİSTRATURA TƏHSİLİ

Türkiyədə magistr təhsili Tezli və Tezsiz olmaqla 2 programa ayrılır. Əgər siz akademik karyera istəyirsinizsə, elmi fəaliyyətlə məşğul olacaqsınızsa (doktorantura) Tezli Yüksek Lisans adlanan programa müraciət etməlisiniz. Yox əgər siz iş həyatında yüksəlmək, karyera hədəfli magistr təhsili almaq istəyirsinizsə Tezsiz Yüksek Lisans Programına müraciət etməlisiniz. Yekun sözlə desək, Tezli və Tezsizin əsas fərqi təkcə akademik karyeradır.

Magistratura təhsili, Tezli və Tezsiz təhsil, onların fərqləri  haqqında daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://elitacademy.az/turkiyede-nece-magistratura-tehsili-ala-bilerem/

 

TÜRKİYƏDƏ YAŞAM

  • Türkiyədə illik təhsil haqqı nə qədərdir?

Türkiyə dövlət universitetlərində illik təhsil haqları 400 -1500AZN arasında dəyişiklik göstərir. Əslində Türkiyə dövlət universitetləri illik ödəniş baxımından digər ölkələrlə müqayisədə dəfələrlə ucuz və sərfəlidir. Bir məsləhətçi kimi onuda qeyd edək ki Türkiyədə illik təhsil haqqı ucuz olsada təhsil keyfiyyəti digər ölkələrdən çox yüksəkdir. Hətda bu qədər ucuz illik təhsil haqqın iki hissəyə bölüb 6 aydan bir ödəyəcəksiniz.

  •  Türkiyədə yataqxanaya və evə nə qədər pul çıxır?

Türkiyə dövlət universitetlərində demək olarkı dövlət yataqxanalarında Azərbaycan vətəndaşlarına yer vermirlər buna görədə şirkətimiz gedən tələbələrə evlər və ya özəl yataqxanalar tutur. Yataqxanaların və evlərin qiyməti orta hesabla 70-400 AZN arası dəyişməkdədir. Bu qiymət sizin seçəcəyiniz evin vəya yataqxananın şəraitindən, Üniversitetlə arasındakı məsafədən və seçdiyiniz şəhərdən  asılı olaraq dəyişir.

  • Türkiyəyə şəxsiyyət vəsiqə ilə getmək olar mı?

Bəli, siz türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərsiniz. Lakin universitetə qeydiyyat, oturum izni və sığorta almaq üçün sizə xarici pasport lazım olacaq.