Türkiyədə Təhsilin üstünlükləri

Türkiyədə təhsil almağın üstünlükləri nələrdir?

  • Qardaş ölkə, coğrafi cəhətdən yaxınlıq, milli-mədəni bənzərlik, eyni dil ailəsinə mənsubluq və insanların azərbaycanlılara qarşi sevgi və hörməti sizi evinizdə hiss etdirəcək.
  • Təhsil sistemi son illərdə sürətlə inkişaf etməkdədir və 2013-cü ildə dünyanın 100 ən yaxşı universiteti arasında Türkiyənin  Orta Doğu Teknik universiteti ilk TOP 50-də yer almışdır.
  • Dövlət universitetlərində illik təhsil haqqı bizim və  digər Avropa ölkələrinə nisbətdə daha aşağıdır.
  • Erasmus+Farabi tələbə dəyişmə programı
  • Təqaüd qazanma imkanı
  • Yeni dostluqar və mədəniyyətlə tanışlıq
  • Tələbə təşkilatları sayəsində iş adamları və CEO-larla tanışlıq
  • Gələcək iş həyatınız üçün önəmli setifikat və diplomlar
  • Mavi diplom (Mavi diplom sizin qlobal miqyasda təhsil aldığınızın təsdiqidir.  Əgər siz universitetdən Mavi diplom almısınızsa, Avropa Birliyinə üzv olan bütün ölkələrin universitetlərində tələbə olaraq təhsilinizi davam etdirə bilərsiniz)

 

Türkiyədə necə təhsil almaq olar?

  • DİM
  • YÖS və ALES
  • SAT
  • Attestatla (imtahansız təhsil)

 

  • YÖS (Yabancı Öğrenci Sınavı)

YÖS imtahanı Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün universitetə qəbul imtahanıdır. Bu imtahanla siz Türkiyənin 150-dən çox universitetində bakalavr təhsili ala bilərsiniz.

 

YÖS imtahanı 2 hissədən ibarət olur:

  • Məntiq və Riyaziyyat
  • Türk dili

Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə verilən zaman 90 dəqiqədir. Təhsil dili türk dili olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahana 60 dəqiqə vaxt ayrılır. İmtahan 100 bal ilə dəyərləndirilir və sizin imtahan nəticəniz min.51 bal olmalıdır. Tibb və Hüquq üçün isə 80-dən yuxarı olmalıdır.

 

  • ALES

Əgər Türkiyədə magistr təhsili almaq, doktorantura səviyyəsinə qəbul olmaq və akademik fəaliyyətlə məşğul olmaq (universitetdə müəllim, tədqiqat köməkçisi olmaq və s.) istəyirsinizsə sizdən ALES imtahan nəticəsi tələb olunur. İldə əsasən 3 dəfə ÖSYM tərəfindən təşkil olunur və siz istədiyiniz qədər imtahanda iştirak edə bilirsiniz. İmtahanların nə vaxt keçirələcəyi barədə akademik təqvim planı ilə sayt vasitəsilə tanış ola bilərsiniz. Bu imtahanda toplaya biləcəyiniz maksimum bal 100dür. İmtahan nəticəsinin etibarlılıq müddəti 5 il davam edir.

 

Türkiyədə magistr təhsili tezli (2il) və tezsiz(1.5il) olaraq ayrılır. Əgər siz tezsiz olaraq magistr təhsili almaq istəyirsinizsə ALES tələb olunmur. Tezli magistr təhsilində isə ALES və digər dil bilikləri olan imtahan nəticəsi tələb olunur. Bəzi universitetlər isə tələbələrdən qəbul prosesi üçün ALES imtahan sertifikatı tələb etmir. Bu sizin qəbul olunmaq istədiyiniz universitetlərin qəbul şərtlərindən asılı olaraq dəyişir. Doktorantura səviyyəsinə qəbul zamanı isə ixtisas seçimindən asılı olaraq bəzi universitetlər tərəfindən tələb olunur və magistr səviyyəsindən isə daha yüksək imtahan nəticə tələb olunur. Universitetdən asılı olaraq tələb olunan nəticə dəyişsədə, doktorantura səviyyəsi üçün ALES nəticəniz 80dən yuxarı , magistr səviyyəsi üçün isə balınız 70dən yüksək olmalıdır ki, seçim prosesində iştirak edə biləsiniz və yaxşı universitetdə təhsil alasınız.

İmtahan Strukturu Necədir?

İmtahan 2 hissədən ibarətdir: sayısal və sözel. Sayısal-1 ,Sayısal-2 , Sözel-1 ve Sözel-2 olmaqla da hissələrə ayrılır və hər birində 40 sual testi olmaqla ümumilikdə 160 test vardır. Test sualları isə həm texniki, həmdə humanitar sahəyə aiddir. Siz öz ixtisasınıza uyğun olacaq imtahan kriteriyalarınıda müəyyən etməlisiniz. Belə ki , bunun üçün 3 əsas hissə vardır:

Eşit Ağırlık Puan Türü

Əgər sizin qəbul olmaq istədiyiniz ixtisas bu kriteriyaya aiddirsə siz imtahanda Sayısal 1, Sayısal-2 ve Sözel-1 dən ümumilikdə 120 bal toplamalısınız. Sözel-2 nəticəniz isə rol oynamır.

 

Sözel Puan Türü

Bu kriteriyaya cavab verən ixtisasa qəbul olunmaq istəyirsiniz isə Sayısal 1, Sözəl 1 və Sözəl 2dən ümumilikdə 120 bal tolasanız kifayətdir. Sayısal 2 nəticəsi isə nəzərə alınmır.

 

Sayısal Puan Türü

Əgər sizin qəbul olmaq istədiyiniz ixtisas bu kriteriryaya cavab verirsə Sayısal 1, Sayısal 2 ve Sözel 1dən 120 bal toplamamalısınız. Sözel 2 nətinəniz burada rol oynamır.

 

 

 

 

  • SAT ( Scholastic Aptitude Test)

Türkiyənin prestijli universitetlərində təhsil almağın bir yolu da SAT imtahanıdır.

 

SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür:

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

 

 SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

 

 SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

 

 SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir.

 

  • DİM

Türkiyə universitetlərində təhsil almaq üçün qəbul balınız 400-500 arası olmalıdır.Daha reytinqli universetlər istə 600 dən yuxarı bal istəyir.

 

  • Attestatla

Attestatla təhsil almaq üçün sizə Elit academy kömək edəcək!

Türkiyə universitetlərində attestatla təhsil zamanı sizin 9-10-11-ci sinif illik qiymət ortalamanız nəzərə alınır və həmin qiymət ortalaması keçid balı rolunu oynayır.

✓ Türkiyə dövlət universitetlərinə qəbul üçün lazımi sənədlər?

  • Xarici pasport: Əgər xarici pasportu almamısınızsa, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşa bilərsiniz.
  • Attestat: Bəzi məktəblərdə attestat gec verilir. Əgər sizində attestat hələ verilməyibsə və ya 11-ci sinfi hələ bitirməmisinizsə, attestat əvəzinə məktəbdən arayış alıb müraciət edə bilərsiniz.
  • Transcript
  • Fotoşəkil 8 ədəd 4,5×6 ölçüdə
  • Fotoşəkil 8 ədəd 3×4 ölçüdə

Əgər 18 yaşınız tamam olmayıbsa, ölkədən çıxış üçün valideynlərin razılıq ərizəsini notariusdan almalısınız.

( Hər hansısa bir şəxs oxuyacağınız müddət ərzində bütün təhsil xərclərinizi qarşılayacağına dair notariusda ərizə verməlidir. Bu ata, ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd bəzi hallarda ola bilsin lazım olur ama hələlik almasanız yaxşıdır lazım olsa mütəxəssislərimiz sizə deyəcək.)

✓ Türkiyədə illik təhsil haqqı nə qədərdir?

Türkiyə dövlət universitetlərində illik təhsil haqları 400 -1500AZN arasında dəyişiklik göstərir. Əslində Türkiyə dövlət universitetləri illik ödəniş baxımından digər ölkələrlə müqayisədə dəfələrlə ucuz və sərfəlidir. Bir məsləhətçi kimi onuda qeyd edək ki Türkiyədə illik təhsil haqqı ucuz olsada təhsil keyfiyyəti digər ölkələrdən çox yüksəkdir. Hətda bu qədər ucuz illik təhsil haqqın iki hissəyə bölüb 6 aydan bir ödəyəcəksiniz.

✓ Türkiyədə yataqxanaya və evə nə qədər pul çıxır?

Türkiyə dövlət universitetlərində demək olarkı dövlət yataqxanalarında Azərbaycan vətəndaşlarına yer vermirlər buna görədə şirkətimiz gedən tələbələrə evlər və ya özəl yataqxanalar tutur. Yataqxanaların və evlərin qiyməti orta hesabla 70-400 AZN arası dəyişməkdədir. Bu qiymət sizin seçəcəyiniz evin vəya yataqxananın şəraitindən, Üniversitetlə arasındakı məsafədən və seçdiyiniz şəhərdən  asılı olaraq dəyişir.

 

Əlavə məlumat üçün:

+994705570577

+994559404096

0125963303