Türkiyədə Təqaüdlü təhsil proqramı

Türkiyədə Təqaüdlü təhsil proqramı haqqında məlumat

  • Təqaüd programının məqsədi nədir?
  • Təqaüd proqramına nə daxildir?
  • Təqaüd proqramına kimlər müraciət edə bilər?
  • Təqaüd proqramı üçün təşkil olunacaq imtahanda necə iştirak etmək olar?
  • Təqaüd proqramını necə qazanmaq olar?

 

      Təqaüd proqramı necə təşkil olunur və məqsədi nədir?

2012-ci ildən xaricdə təhsil şirkəti olaraq fəaliyyət göstərən Elit academy Azərbaycanda ilk dəfə “Türkiyədə təqaüdlü təhsil proqramı” təşkil edir. Proqramın əsas məqsədi Azərbaycan gəncinə təhsil həyatında həm maddi, həm də mənəvi dəstək olmaq, təhsilini Türkiyədə davam etdirmək istəyən tələbələrə bu yolda kömək etməkdir.

Belə ki, Elit academy təqaüd proqramında qalib olan tələbələrin təhsil xərclərini üzərinə götürür və bundan əlavə həmin tələbələrə  qarşı doğmalıq hissi yaradaraq mənəvi dəstəyini də əsirgəmir.

Təqaüd proqramının özəlliyi isə ondadır ki, proqrama qatılan hər bir tələbə qazanır!

      Təqaüd proqramına nə daxildir?

Elit academy tərəfindən:

I YER - Tam Ödənişsiz Təhsil, 350$ dəyərində VİP Qarşılama Və Yerləşdirmə Xidməti, Ödənşsiz Universitetə Qəbul və Konsultasiya

II YER - 1000Tl dəyərində aylıq(15ay) Təqaüd, 250$ dəyərində  Standart Qarşılama Və Yerləşdirmə Xidməti,  Ödənşsiz Universitetə Qəbul və Konsultasiya

III YER - 900Tl dəyərində aylıq(15ay) Təqaüd, 150$ dəyərində Sadə Qarşılama Və Yerləşdirmə Xidməti,  Ödənşsiz Universitetə Qəbul və Konsultasiya

IV YER - 850Tl dəyərində aylıq(15ay) Təqaüd

V YER  - 800Tl dəyərində aylıq(15ay) Təqaüd

VI YER  - 750Tl dəyərində aylıq(15ay) Təqaüd

VII YER - 700Tl dəyərində aylıq(15ay) Təqaüd

VIII YER - 650Tl dəyərində aylıq(15ay) Təqaüd

IX YER  - 600Tl dəyərində aylıq(15ay) Təqaüd

X YER - 550Tl dəyərində aylıq(15ay) Təqaüd

 

Qeyd: İmtahanda iştirak edən bütün tələbələrə xidmət haqqında müəyyən güzəştlər olunacaq.

 

      Təqaüd proqramına kimlər müraciət edə bilər?

Türkiyədə magistratura pilləsi üzrə təhsil almaq istəyən bütün məzun və tələbələrə şamil olunur.

 

     Təqaüd proqramı üçün təşkil olunacaq imtahanda necə iştirak etmək olar?

https://elitacademy.az/qeydiyyat/ saytından qeydiyyatdan keçərək,  5 azn (ilk 100 nəfər üçün)  məbləğində ödəniş etməklə iştirak edə bilər.

 

 

     Təqaüd proqramında necə iştirak etmək və  qalib olmaq olar?

Təqaüd proqramı iki mərhələdən ibarətdir: imtahan və müsahibə.

İmtahan haqqında məlumat:

  • İmtahan növbəti ay təşkil olunacaq
  • 10 dünyagörüşü, 10 türk dili və 30 məntiq sualından ibarət olacaq.
  • İmtahan müddəti 90 dəqiqədir.

*İmtahan iyun-iyul aylarında təşkil olunacaq.

Müsahibədə isə dünyagörüşü və təhsil almaq istədiyiniz ixtisasla bağlı müəyyən suallar veriləcək.

Hər iki mərhələdən uğurla keçən gənclər qalib sayılacaq.

Hərbirinizə uğurlar arzulayırıq!