TÜRKİYƏDƏ UNİVERSİTET

Türkiyədə bakalavr və magisturatura təhsili almaq istəyən tələbələr bu blogu izləyə bilərlər. Bu blogda Türkiyənin bəzi məşhur universitetlərindən və tələbələrin bu universitetlərə necə qeydiyyatdan keçəcəklərindən danışacayıq. Bundan başqa, Türkiyə universitetlərinin təqdim etdiyi bəzi programlardan danışacayıq. Bu tələbələrin ən yaxşı dərsi seçmələrinə kömək olacaqdır.

Türkiyədə 200 universitet var. Bunların çoxu dövlət universitetləridir. Türkiyənin ilk özəl universiteti 1948ci ildə açılan Bilkənt universitetidir. Ən yeni universitetlərdən olan Antalya Uluslararası universiteti ilk tələbələrini 2012-2013 ilində qarşılamağa başladı və məqsədləri Türkiyə xaricindən daha çox tələbə almaqdır. Türkiyədəki özəl və dövlət universitetləri Avropa miqyasında bakalavr proqramları standartlaşdıran Bologna anlaşmasına uyğundur və Erasmus + proqramına qatılan bir çox universitet vardır. Bu proqram beynalxalq tələbə dəyişimini dəstəkləyir. Türkiyənin ən yaxşı universitetlərinin bəziləri aşağıda qeyd olunub:

ORTA ŞƏRQ TEXNİK UNİVERSİTETİ

ODTÜ - Orta Şərq texniki Universiteti Türkiyənin paytaxtı Ankarada yerləşir və universitet EECA reytinqində səkkizinci yerə yüksəlib. Universitet təbiət və sosial elmlər üzrə ixtisaslaşmışdır. Univerisitet 1956-cı ildə yaradılıb. Bu gün universitetin tələbələrinin sayı 31 mindən çoxdur. Bu tələbələrin əksəriyyəti təhsil müddəti bir semestr və bir il davam edən mübadilə tələbələridir. ODTÜ-nün tələbi o qəddər yüksəkdir ki, illik 1.5 milyon müraciətin yalnız 1.5%-i qəbul edir.

BOĞAZİÇİ UNİVERSİTETİ

EECA reytinqində 10-cu yeri tutan universitet 1863-cü ildə Robert Kolleci kimi təsis edilmişdir. Bu universitet ABŞ-dan xaricdə qurulan ilk universitetdir və İstanbulda yerləşir. Universitetdə tədris dili ingilis dilidir və onun ali Amerika təhsil sistemi ilə yaxın əlaqəsi var.

BİLKENT UNİVERSİTETİ

2019-cu ildə EECA reytinqində 14-cü yeri tutan Bilkent Universiteti 1984-cü ildə İhsan Doğramacı tərəfindən təsis edilib. Türkiyənin ilk özəl universitetidir və ölkədə ən böyük kitabxanaya malikdir. Bilkent Universitetində 9 müxtəlif fakültədə 13000-dən çox tələbə təhsil alır.

TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə təhsil almaq istəyən hər kəsin bilməli olduğu çox az şey var.

TÜRKİYƏDƏ VACİB MƏSƏLƏLƏR

Türkiyədə ali təhsil sistemi Avropa İttifaqının Boloniya sistemi ilə eynidir və 3 səviyyəlidir. BAKALAVR, MAGİSTRA VƏ DOKTORA. Tələbə dərəcəsindən asılı olmayaraq 129 dövlət universiteti və 76 özəl universitetdən yalnız birini seçə bilər. Bunlar ingilis dilində təhsil proqramları təklif edən bəzi universitetlərdir.

  • Sabancı Universiteti
  • İstanbul Okan Universiteti
  • İstanbul Aydın Universiteti
  • TED Universiteti
  • Bilkənt Universiteti
  • KOÇ Universiteti
  • İstanbul Şəhər Universiteti

UNİVERSİTETƏ QEYDİYYAT VƏ QƏBUL SƏNƏDLƏRİ

Əgər tələbə Türkiyədə təhsil proqramını bitiribsə, növbəti mərhələdə proqrama müraciət etmək üçün lazımi şərtləri yoxlamalıdır. Tələbələr proqramın internet saytındakı meyarları tam yoxlamalı və onların meyarlara uyğun olub-olmadığını öyrənməlidirlər. Tələbələrin yerinə yetirməli olduğu bəzi əsas tələblər də var.

TÜRKİYƏDƏ BAKALVARA PROQRAMI ÜÇÜN MÜRACİƏT NECƏ OLMALIDIR?

Türkiyədə bakalavr təhsili almaq istəyən tələbər orta məktəbi bitirməlidir və ya onlar 11-ci sinifdə təhsil almalıdırlar. Tələb olunan sənədlər bunlardır:

  • Müraciət formasi
  • Şəhadətnamə
  • Transkript
  • Dil yeterlilik balı
  • Motivasiya məktubu
  • Şagirdin orta məktəbdən geçməsi haqqinda sertifikat
  • Tələbələrin təhsil müddətində mali cəhətdən dəstək olunması ilə bağlı zəmanət məktubu

MÜRACİƏT VƏ UNİVERSİTETƏ QƏBUL CAVABI

Tələbələr bütün sənədlərini hazırladıqdan sonra ərizələrini onlayn təqdim etsələr belə, son tarixdən əvvəl sənədlərini poçtla təqdim etməli olacaqlar. Əgər tələbənin hər hansı qəbul imtahanı və ya müsahibəsi varsa, o zaman tələbə imtahan vermək üçün Türkiyəyə getməlidir.

TÜRKİYƏDƏ ƏN YAXŞI TƏHSİL EKSPERTİZASI

Türkiyə mədəni cəhətdən zəngin bir ölkədir və dünyanın hər yerindən çoxlu sayda tələbə cəlb edir. Türkiyə ingilis dili və münasib qiymətə bakalavr və magistr proqramları ilə tələbələrin diqqətini çəkib. Təhsil haqqı, yaşayış, sağlamlıq və bəzi səyahət xərclərini əhatə edən təqaüdlər də var. Təhsil dərəcəsi peşəkarları tədris və təlim sənətinə hazırlayan bir şeydir. Metodlar, orta məktəb, uşaq bağçası, universitet və s. Şagirdlərin tədrisində istifadə oluna biləcək tədris metodlarında fəallıq inkişaf etdirmələri üçün gələcəyin müəlliminə öyrədilir.Türkiyə universitetləri məzun olmaq istəyən tələbələr üçün bir çox proqramlar təklif edir və tələbə istənilən universitet və ya ixtisasa müraciət edə bilər. Ancaq burada problem odur ki, Türkiyə hökuməti proqramlarda müəyyən sayda əcnəbi tələbə müəyyən edib. Bu səbəbdən də izlədikləri proqramın kvotalarının sayını bilmələri vacibdir. Bir tələbənin Türkiyədə davam edə biləcəyi ən yaxşı Magistr proqramlarından bəziləri bunlardır:

  1. Təhsil İdarəetməsi
  2. Kompyuter təhsili və təhsil texnologiyaları
  3. Kurrikulum və təlimatlar
  4. Təhsil texnologiyasi
  5. İngilis dili təhsili
  6. Məktəbəqədər təhsil
  7. Elm təhsili