TUS İmtahanı Nədir?

TUS imtahanı, Tibbdə İxtisas İmtahanı olaraq bilinən və başda həkimlər olmaq üzrə, baytar, diş həkimliyi, kimya və s peşə mənsubları(bioloqlar istisna olmaqla) iştirak edə bildiyi bir imtahandır. Ixtisas sahələrində mütəxəssis həkim yetişdirmə məqsədli təşkil edilən və Türkiyədə elmi və praktiki səviyyəsini artırmaq istəyən, real hədəfi olan həkimlərin qarşısında duran ən vacib imtahandır.

– Nə zaman və harada təşkil olunur?

Hər il yaz və payız tus dövrləri olaraq ayrılmaq üzrə klassikləşən sırası ilə Aprel ayı və sentyabr ayının ümumiyyətlə ikinci bazar günü və yalnız Ankarada edilər.

– İmtahan neçə sualdan ibarətdir və bu suallar hansı dərslərin tərkibindədir?

TUS imtahanında iştirak edən namizədin məsul olduğu mövzular bütün tibb olmaq üzrə ümumilikdə 11 dərs aşağıdakı ana başlıqlar altında araşdırıla bilər.  Fənlərin qarşısında mötərizə içərisindəki rəqəmlər o dərsdən soruşulan sual sayını ifadə edir. İmtahanda 240 sual soruşulur və bu suallar üçün 300 dəqiqə (5 saat)  müddətində zaman verilir.

Nəzəri tibbi fənlər: (Cəmi 120 sual)

İnsan Anatomiyası (14 sual)

Histologiya və embriologiya (8 sual)

Fiziologiya (14 sual)

Tibbi biokimya (22 sual)

Tibbi mikrobiologiya (22 sual)

Tibbi patofiziologiya (22 sual)

Tibbi farmakologiya (22 sual)

 Kilinki fənlər (Cəmi 120 sual)

Daxili xəstəliklər (42 sual)

Uşaq xəstəlikləri (30 sual)

Cərrahi xəstəlikləri (36 sual)

Mama və ginekologiya (12 sual)

Bütün suallar dünyaca özünü təsdiq etmiş müəlliflərin kitablarından hazırlanır (Nelson Textbook of Pediatrics, Guyton and Hall Textbook of Medical Physiology, Robbins and Cotran's Pathologıc Basis of Deseases və s.kitablar ). 

Digər bir imtahan isə Xarici dil imtahanıdır. Əgər həkimlərin xarici dil səviyyəsini göstərəcək başqa sertifikatları varsa,(məsələn TOEFL, İELTS, DAT və s.) xarici dil imtahanına girməyə ehtiyac qalmır. Yoxdursa hər il ÖSYM-nin həyata keçirdiyi YDS-yə (Yabancı Dil Sınavı) müraciət etmək lazım olur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)

Təhsil həyatınızda sizə uğurlar arzu edirik!