YÖS İMTAHANI NƏDİR?

 

YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır. YÖS imtahan balı ilə siz Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə asanlıqla qəbul ola bilərsiniz. Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür. Hər universitet üçün YÖS imtahanı tarixləri fərqlidir. 

YÖS imtahanı 2 hissədən ibarət olur:

  1. Məntiq və Riyaziyyat
  2. Türk dili

Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə verilən zaman 90 dəqiqədir. Təhsil dili türk dili olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahana 60 dəqiqə vaxt ayrılır. YÖS imtahanında yığa biləcəyiniz maksimum nəticə 100 baldır.

Tibb təhsili istisna olmaqla əgər siz 60+ bal yığsanız Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul ola bilərsiniz.

ELİT academy xaricdə təhsil mərkəzi tələbələrin Türkiyə universitetlərinə qəbulunu həyata keçirir. Türkiyədə təhsil haqqında daha ətraflı məlumat üçün təhsil mərkəzimizə yaxınlaşa və ya telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri:

070 557 05 77

055 940 40 96

012 596 33 03

Ünvan: Cəfər Cabbarlı 20 (Nizami metrosunun yanı)